EN

Baxçalı İrandan sonra hədəfə alınacaq ölkənin adını açıqladı

“İraq, Suriya və İrandan sonra hansı ölkənin gündəmdə olacağını təxmin etmək üçün öncəgörücülüyə ehtiyac yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
MHP lideri kənar qüvvələrin növbəti hədəfinin Türkiyə olacağına eyham vuraraq qeyd edib ki, türk milləti hər zaman hədəfdə olub:
“İraq, Suriya və İrandan sonra hansı ölkənin gündəmdə olacağını təxmin etmək üçün öncəgörücülüyə ehtiyac yoxdur. Bilinməlidir ki, Türkiyə Cümhuriyyətinin varlığı, birliyi, suverenliyi, tarixi irsi bütün mülahizələrdən, fikirlərdən üstündür. İrana atılan bombalarla ölkəmizə mesaj verən, İŞİD-in Dəməşqdəki kilsəyə hücumunu həyata keçirən, aramızda xarici agentlər gəzdirən, mümkün təxribatlar planlaşdıran regional və qlobal güclərin oyunlarını 86 milyon vətəndaşımız birləşərək boğacaq”.
Baxçalı qeyd edib ki, ölkənin ətrafı od tutub yanarkən, Türkiyəni dibsiz və əsəbpozan müzakirələrə sürükləyənlərdən xoş niyyət gözlənilmədiyi açıq-aşkar görünür:

“Yeni dünyanın sancıları artıb. Türkiyə “Terrorsuz Türkiyə” məqsədi ilə sülh və əmin-amanlığın parlayan qütb ulduzu olacaq”.


Chosen
2
1
sherg.az

2Sources