EN

Kredit Bürosu 8 ildə 400 milyon kredit hesabatı verib

BAKI, 23 iyun. TELEQRAF

2018-2025 ci illərdə təxminən 400 milyon kredit hesabatı vermişik. Təkcə 2024-cü ildə bu rəqəm 185 milyon olub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışında bildirib.

Həmçinin bu illər ərzində 41,1 milyon "scoring" sorğusu həyata keçirilib. 13 milyon isə təkcə 2024-cü ildə həyata keçirilib. Bazamızda 275 min fərdi sahibkar, 29 min hüquqi şəxs, əlavə olaraq, 1,7 milyon aktiv zamin var.
Dövr ərzində aktiv borcalanların sayı 3,2 milyon nəfər olub. Bu ilədək 38,2 milyon kredit bağlanıb.

Chosen
34
teleqraf.com

1Sources