EN

2024-cü ildə dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçiriləcək müsahibələrin yarısından çoxu baş tutmayıb

Bakı. Trend:

Ötən il ərzində Mərkəz tərəfindən dövlət orqanlarında inzibativəzifələrin A və B növlərinə uyğun vakant vəzifələrin tutulmasıüçün müsabiqənin müsahibə mərhələsi üzrə ümumilikdə 7 elan verilib.Bu elanlardan 4-ü A növü üzrə, 3-ü isə B növü üzrə olub.

Trend xəbərverir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətininsədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşəbayramı günü” məqaləsində yer alıb.

DİM İH-nin sədri vurğulayıb ki, keçən il ərzində müsabiqəyə 194dövlət orqanı tərəfindən ümumilikdə 1 351 vakant vəzifə təqdimolunub. Təqdim edilmiş vakant vəzifələrin 182-si A növünə, 1169-uisə B növünə aid olub.

Qeyd edilən dövr ərzində Mərkəz tərəfindən ümumilikdə 3 ümumimüsahibə elanı verilib. Elanlar çərçivəsində 135 dövlət orqanındamövcud olan 1 002 vakant inzibati dövlət qulluğu vəzifəsi ümumimüsahibəyə təqdim edilib. Ümumi müsahibəyə təqdim edilən vəzifəsayı keçən ilin göstəricisi (440 vəzifə) ilə müqayisədə 2.3 dəfə(562 vəzifə) artıb. Ən çox vəzifəni Qida Təhlükəsizliyi Agentliyi(105 vəzifə) elana çıxarıb, ən çox müraciət isə İqtisadiyyatNazirliyi üzrə (189 müraciət) qeydə alınıb.

2024-cü il ərzində 135 dövlət orqanı tərəfindən 1 004 vakantvəzifənin tutulması məqsədilə 13 daxili müsahibə elanı verilib.Daxili müsahibəyə təqdim edilən vəzifə sayı keçən ilin göstəricisi(580 vəzifə) ilə müqayisədə 424 vəzifə (73.10 %) artıb. Ən çoxvəzifəni İqtisadiyyat Nazirliyi (71 vəzifə) elana çıxarıb, ən çoxmüraciət isə Maliyyə Nazirliyi üzrə (243 müraciət) qeydəalınıb.

2024-cü il ərzində dövlət qulluğu vəzifələrinin tutulmasıməqsədilə ümumilikdə 13 198 müsahibənin keçirilməsiplanlaşdırılmışdı. Həmin müsahibələrdən 6 401-nin (48.5 %)keçirilməsi təmin edilib, keçirilməsi nəzərdə tutulan 6797 (51.5 %)müsahibə isə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və yaiştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibəninləğv edilməsi) baş tutmayıb.

Planlaşdırılan daxili müsahibələrin böyük əksəriyyəti keçirilsədə (78.18 %), müsabiqə üzrə müsahibələrin 3 895-ni (40.23 %)keçirmək mümkün olub. Baş tutmamış müsahibələrin əksər hissəsi(85.13 %) müsabiqənin müsahibə mərhələsi üzrə qeydə alınıb.Müsabiqənin müsahibə mərhələsi üzrə planlaşdırılmış 5b178 (53.49 %)müsahibə namizədlərin iştirakdan imtina etməsi, 531 (5.48 %)müsahibə isə namizədlərin gəlməmələri səbəbindən baş tutmayıb.

Chosen
13
az.trend.az

1Sources