Sergey Yuran Türkiyənin "Serik Belediyespor" klubuna baş məşqçi təyin olunacaq.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə Azərbaycanda "Simurq"un da baş məşqçisi olmuş 56 yaşlı mütəxəssis karyerasını Türkiyənin II Liqasında davam etdirəcək.
Klubun 50%-lik payını daha əvvəl "Ximki"yə də sərmayə yatırmış iş adamı Tufan Sadıqov satın alıb.
Sadıqov bu pay üçün 4 milyon avro ödəyib. 2024/25 mövsümündə komanda Türkiyə III Liqasının qalibi olub və növbəti mövsüm II Liqada çıxış edəcək.
Qeyd edək ki, yaxın günlərdə Yuranın baş məşqçi təyinatı rəsmi olaraq elan olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media