EN

Yaponiyanın baş naziri NATO sammitində iştirak etməyə bilər

Yaponiyanın baş naziri Şiqeru İşiba Haaqada keçirilməsi planlaşdırılan NATO sammitinə səfərini ləğv edə bilər.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu qərarın səbəbi hələlik açıqlanmayıb.

Cənubi Koreya prezidenti Li Jae-Myunq da oxşar addım atıb. Onun administrasiyası imtinasını prezidentlik müddətinin başlaması və Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar gərgin iş qrafiki ilə izah edib.

Bildirilir ki, son illər Yaponiya liderləri müntəzəm olaraq Şimali Atlantika Alyansının nümayəndələri ilə görüşlərdə iştirak ediblər.

Qeyd edək ki, Sammit 24-25 iyun tarixlərində Haaqada keçiriləcək. Mövzular çəkindirmə və müdafiə olacaq. İclasın əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirmək, bunun 3,5%-ni birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-ni isə köməkçi maliyyələşdirməyə yönəltməkdir.

Qarşıdan gələn sammit çox sıxılmış formatda keçiriləcək, görüşün cəmi 2,5 saat davam etməsi planlaşdırılır. “The Times” yazır ki, proqram uzun diplomatik görüşləri sevməyən ABŞ prezidenti Donald Trampın ünsiyyət tərzinə uyğunlaşdırılıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
7
editor.az

1Sources