EN

İtaliya Öcalana fəxri vətəndaşlıq verib

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

İtaliyanın Montopoli di Sabina Bələdiyyəsi terrorçuların lideri Abdullah Öcalana fəxri vətəndaşlıq verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyadan sonra PKK-nın ən güclü olduğu ölkələrdən biri də İtaliyadır.

İtaliyanın Montopoli di Sabina Bələdiyyəsi PKK-nın İmralı lideri Abdullah Öcalana mərasimlə “fəxri vətəndaşlıq” verib.

Çıxışlarda terrorçu lider Öcalanın sözdə azadlıq döyüşçüsü kimi qeyd edildiyi və Kürdüstanın federal bir ölkə kimi qurulmasında böyük səylər göstərdiyi vurğulanıb.

İtaliya rəsmiləri və PKK-lılar çıxış edərkən, tamaşaçılardakı PKK-lılar dəstək şüarları səsləndiriblər.

Öcalan Suriyadan çıxarıldıqdan sonra İtaliya da qapılarını qısa müddətə onun üzünə açdı.

Lakin o, reaksiyalara dözə bilməyib və onu ölkəsindən qovmalı olub. 

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
icma.az

1Sources