ABŞ administrasiyası və beynəlxalq müşahidəçilər İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqram uran ehtiyatının haraya köçürüldüyü barədə məlumata malik deyil.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The New York Times" yayıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens və MAQATE-nin baş direktoru Rafael Qrossi də bu məsələdə hər hansı konkret bilgilərinin olmadığını bildiriblər.
Qeyd olunur ki, ABŞ-ın İranın nüvə infrastrukturuna endirdiyi son zərbələr ölkənin nüvə proqramını 2-5 il geriyə ata biləcək səviyyədə təsir göstərib. Lakin bu hücumlardan sonra zənginləşdirilmiş uranın harada saxlanıldığı və ya gizlədildiyi naməlum olaraq qalır.
Musavat.com