"Sabah" Avstriya toplanışına start verib.
"Football-plus.az" xəbər verir ki, ötən gün Qrats şəhərinə yollanan komanda yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi atlında ilk məşqinə çıxıb.
"Sabah" hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş”la (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Sele” komandasına qarşı keçirəcək. Cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.