Dünyanın ən nüfuzlu basketbol yarışlarından olan ABŞ çempionatı - NBA-nın 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, sayca 79-cu dəfə keçirilən turnirdə Oklahoma City Thunder klubu çempion olub.
Bu komanda həlledici görüşdə Indiana Pacers-i məğub edib.
Bununla da, Oklahoma City Thunder 46 illik fasilədən sonra ikinci dəfə çempion titulunu qazanıb. Indiana Pacers isə 2000-ci ildə olduğu kimi, yenə tarixində ilk dəfə çempion olmaq şansını itirib.
NBA, final
Oklahoma City Thunder - Indiana Pacers 103:91 (25:22; 22:26; 34:20; 22:23)
seriyada hesab - 4:3