EN

ABŞ İranın zənginləşdirilmiş uranı hara köçürdüyünü bilmir

BAKI, 23 iyun. TELEQRAF

ABŞ-nin yüksək səviyyəli rəhbərliyi, o cümlədən vitse-prezident Cey Di Vens və Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqramlıq uran ehtiyatlarını hara köçürdüyü barədə məlumata malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzetində dərc olunmuş materialda bildirilir.

Nəşrin yazdığına görə, ABŞ-nin İrana qarşı endirdiyi hava zərbələri nəticəsində ölkənin nüvə infrastrukturu müəyyən dərəcədə zərər görsə də, zənginləşdirilmiş uran ehtiyatlarının aqibəti hələ də qaranlıq olaraq qalır.

Məqalədə qeyd olunur ki, bu hücumlar İranın nüvə proqramını 2–5 il geri sala bilər. Lakin uranın yerinin müəyyən edilməməsi regionda və beynəlxalq miqyasda əlavə narahatlıq doğurur.

Ekspertlər bildirirlər ki, bu qeyri-müəyyənlik gələcək diplomatik danışıqlar və nüvə nəzarəti mexanizmləri üçün ciddi çətinliklər yarada bilər.

Chosen
4
6
teleqraf.com

7Sources