Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Qiymətlər keyfiyyətə, xidmət mədəniyyətinə və digər nüanslara görə təyin edilir. Tələb azaldıqca ona uyğun şəkildə qiymətlər nizamlanacaq”.
Bu sözləri "Yeni Sabah"a nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov deyib.
O bildirib ki, Azərbaycanda dəmiryolu ilə avtobus nəqliyyatı arasında o qədər də böyük rəqabət meydana gəlmir:
“Bəzən olur. Amma həmin rəqabət həm keyfiyyətə, həm də qiymətə görə nəzərdə tutulmalıdır”.
Ekspert vurğulayıb ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır:
“Dəmiryolu nəqliyyatında sürətli qatarların hərəkəti üçün yollarda müəyyən çətinliklər var. Onların düzəlməsi üçün maya dəyəri müəyyən qədər bahadır. Ancaq mən də razıyam ki, hər bir nəqliyyat vasitəsindən istifadə edən sərnişinin maddi uyğunluğu nəzərə alınmalıdır. Məsələn, turist, yaxud hansısa xarici ölkə vətəndaşı nəzərdə tutulan qiymətlə razılaşa bilər. Amma yerli vətəndaş üçün bu qiymət yüksəkdir. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, qiymətlər zamanla nizamlanacaq”.
Xatırladaq ki, Bakı-Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub. Bu isə alternativ nəqliyyat vasitələri (taksi, avtobus) ilə müqayisədə təxminən 3 dəfə daha bahadır. Yeni istifadəyə verilən reysin qiymətləri vətəndaşlar arasında birmənalı qarşılanmayıb. ADY qiymət tarifini sərnişinlərə təklif olunan xidmətlərlə əsaslandırıb.
Nazim Hacıyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.