EN

Krüml Qərblə dialoqun bərpası üçün üç şərt açıqlayıb

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Moskva özünü Qərbin düşməni hesab etmir...

Poliqon xəbər verir ki, nazir müavini bu barədə RİA Novosti-yə danışıb.

Onun sözlərinə görə, Moskva dialoqa hazırdır, ancaq onun rəqibləri qarşıdurma siyasətindən əl çəkməlidir.

Qruşko gələcəkdə Rusiya ilə münasibətlərin normallaşacağını istisna etməyən NATO-nun baş katibi Mark Ruttenin sözlərini şərh edib. Nazir müavininin sözlərinə görə, söhbət hələ üfüqdə görünməyən çox uzunmüddətli perspektivdən gedir.

"Biz dialoqa hazırıq. Amma o halda ki, opponentlərimiz Rusiyaya qarşı qarşıdurma siyasətindən əl çəksinlər", deyə Qruşko bildirib.

O, NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması və Qərb ölkələrinin suveren bərabərlik və bir-birinin maraqlarına hörmət prinsipləri əsasında praqmatik qarşılıqlı fəaliyyətə hazır olması kimi digər vacib şərtlər adlandırıb.

Kreml NATO ölkələrinin elan etdiyi Rusiya təhlükəsini müvəqqəti adlandırıb, bunun fonunda alyans hava hücumundan müdafiə imkanlarını 400% artırmaq niyyətindədir. Prezident Vladimir Putin isə NATO-nun yenidən silahlanmasını Rusiya üçün təhlükə hesab etmir. O, Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı "əfsanə"ni də "cəfəngiyyat" adlandırıb.

Poliqon.info

Chosen
3
1
poliqon.info

2Sources