Tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, Bakıda keçirilən UFC turniri üçün Azərbaycana gələn idmançı ölkəmiz haqda təəssüratlarını bölüşüb:
“Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi”.
Həbib eyni zamanda “Qarabağ” Futbol Klubunun bazasında olub, klub rəsmiləri və baş məşqçi Qurban Qurbanovla görüşüb.