EN

Dəməşqdə yunan kilsəsində partlayış olub, 20 ölü, 52 yaralı

Dəməşq kilsəsinə hücum edən şəxs İŞİD üzvü olub.  Vətəninfo.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

Suriya TV-nin şahidlərə istinadən verdiyi məlumata görə, Dəməşq kilsəsində partlayışdan əvvəl iki silahlı şəxs içəri girərək kilsəyə atəş açıb.

***

Dəməşqdə Müqəddəs İlyas Yunan kilsəsində ibadət zamanı terror aktı törədilib.

Suriyanın SANA xəbər agentliyi xəbər verir ki, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb.

Baş verən partlayış nəticəsində 20 nəfər ölüb, 52 nəfər ağır yaralanıb, yerli “Jaramana News” kanalı xəbər verir.

Chosen
8
9
veteninfo.az

10Sources