EN

Elm və təhsil nazirinin Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 27-də Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyunun 30-da keçiriləcək.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Chosen
4
11
apa.az

10Sources