EN

Heç bir komanda dünyanın ən yaxşı oyunçusunu əvəz edə bilməz Qvardiola Rodrinin dönüşünə sevinir

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 9 aydan sonra ötən həftə klublararası dünya çempionatında "Vidad"la oyunda sıraya dönən, bazar günü isə ikinci matçına çıxaraq məhsuldar ötürmə edən yarımmüdafiəçi Rodrinin çıxışı ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, DAZN ispaniyalı mütəxəssisin "Qızıl top"un son qalibi olan həmyerlisi barədə belə danışıb:

"O, 30 dəqiqədən çox oynadı, çox yaxşı çıxış etdi. İndi daha çox oynaya bilmir, təkbətək mübarizələrdə hələ də çətinlik çəkir. Amma bu, normaldır, çünki o, uzun müddət idi ki, sıradan çıxmışdı. Bu gün o, ötən oyundakından daha yaxşı oynadı. Onun üçün çox darıxırdıq. Heç bir komanda dünyanın ən yaxşı oyunçusunu əvəz edə bilməz. O, addım-addım formada olacaq".

Qeyd edək ki, ötən ilin sentyabrında sıradan çıxan Rodri çarpaz bağ zədəsini sağaldıb. 

“Mançester Siti” iyunun 26-da klublararası dünya çempionatının üçüncü turunda “Yuventus”la qarşılaşacaq.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
fanat.az

2Sources