İran səhər saatlarında İsrailə yeni raket hücumu həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında İran ərazisindən İsrailə doğru yenidən raketlər atılıb.
“Az əvvəl İsrail Müdafiə Qüvvələri İrandan İsrail Dövləti ərazisinə doğru raket atıldığını aşkar edib. Hazırda hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün işə salınıb”, - IDF-nin açıqlamasında bildirilib.