EN

Politoloq İranın xarici işlər naziri ilə Putinin mümkün görüşünün məqsədlərini açıqlayıb

Rusiyaya səfər edən İranın xarici işlər naziri Abbas Araqçi Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər...

Poliqon xəbər verir ki, bu barədə Rusiyalı politoloq Sergey Markov özünün Telegram kanalında mümkün görüşün məqsədlərini açıqlayıb.

O, hesab edir ki, iranlı nazir Rusiya liderinə İslam Respublikası ilə ABŞ prezidenti Donald Tramp arasında danışıqlarda vasitəçi olmağı təklif edə bilər.

Ekspert yazıb: "İran Trampa güzəştə getməyə hazırdır. Amma hər şey deyil. Bir az da".

Onun fikrincə, İran tərəfi də Rusiyadan hərbi texnika istəyə bilər.

"Məsləhətləşmək istəyirsiniz - İran eskalasiya yolu ilə nə qədər gedə bilər? Nəhayət, nəzəri cəhətdən İran həqiqətən çətin bir iş görməyə cəhd edə bilər?", politoloq əlavə edib.

Poliqon.info 

Chosen
25
poliqon.info

1Sources