EN

Çinin BMT-dəki nümayəndəsi: Yaxın Şərqdə sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Çun Yaxın Şərqdə sülhün güc yolu ilə əldə edilə bilməyəcəyinə və İranın nüvə proqramı məsələsinin hələ də diplomatik yollarla həll oluna biləcəyinə əminliyini ifadə edib.

“Report” xəbər verir ki, bu barədə o, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri ilə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

“Yaxın Şərqdə sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil. Dialoq və danışıqlar mövcud vəziyyətdən çıxış yolu üçün əsasdır. İranın nüvə probleminin həlli üçün diplomatik üsullar hələ tükənməyib və hələ də sülh yolu ilə həllinə ümid var”, - deyə o bildirib.

Chosen
24
2
musavat.com

10Sources