"Football-plus.az" xəbər verir ki, ispaniyalı Karlos Alkarasın tennisdə “böyük üçlük” kimi tanınan Nadal, serb Novak Cokoviç və isveçrəli Rocer Federerin rekordlarını yeniləməsinin nə dərəcədə mümkün olacağı ilə bağlı danışıb:
“Karlos möhtəşəm oyunçudu. Qeyri-adi dərəcədə sürətlidi, güclü zərbə vurur, üstəlik daha bir üstünlüyü var – Federer və Cokoviç kimi rəqiblərlə qarşılaşmalı olmur. Alkarasla ən yüksək mükafatlar uğrunda mübarizə aparan Yannik Sinner var, ancaq qalan bütün rəqiblər ondan açıq-aşkar zəifdi. Mən Peyğəmbər deyiləm. Bununla belə, düşünürəm ki, Karlosun bütün bu rekordları qırmaq üçün real şansı var”.
İyunun 8-də Sinneri məğlub edən 22 yaşlı Alkaras karyerasında 5-ci “Böyük dəbilqə” turnirini qazanıb. O, hazırda dünya reytinqində yalnız Sinnerdən geri qalır. Yeri gəlmişkən, Sinner ATP səviyyəsində keçirdiyi son 51 rəsmi oyunun 48-də qalib gəlib, 3-də uduzub. Və həmin üç məğlubiyyət yalnız Alkarasla oyunlarda qeydə alınıb.
Bu arada builki “Uimbldon” turnirinin mükafat fondu açıqlanıb. Artıq mükafat məbləği 53,5 milyon funt sterlinqə (73 milyon dollara yaxın) çatdırılıb. Ötən illə müqayiədə mükafat fondu 7 faiz artırılıb. Bu il turnirin qalibi olacaq kişi və qadın tennisçilərin hər biri ötən illə müqayisədə 11,1 faiz çox, yəni 3 milyon funt qazanacaq. İlk mərhələdə uduzanların da mükafatı 10 faiz artaraq 66 min funta çatıb.
Xatırladaq ki, builki turnir iyunun 30-u – iyulun 13-cü aralığında keçiriləcək.