EN

Azərbaycanın kişi cüdo yığması Avropa kubokunun qalibi olub FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo üzrə Avropa kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, turnir Azərbaycan yığması üçün uğurlu nəticələnib – idmançılarımız, 1 qızıl, 4 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.

90 kq çəki dərəcəsində finalda azərbaycanlı cüdoçular qarşılaşıblar: Tuncay Şamil komanda yoldaşı və Olimpiya çempionu Zelim Kotsoyevin kiçik qardaşı Aslan Kotsoyevi məğlub edərək çempion olub. Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar.

Bir gün əvvəl isə Nihad Məmişov (60 kq), Mehdi Musayev (66 kq) və Abil Yusubov (73 kq) gümüş, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) bürünc mükafatçı olublar.

Medalların əyarına görə Azərbaycan kişi yığması 34 ölkə arasında birinci yerdə qərarlaşıb. Ümumi komanda hesabında isə millimiz Fransa və Almaniyadan sonra üçüncü olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
icma.az

2Sources