EN

Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.

Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.

Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir. 

Chosen
15
15
musavat.com

10Sources