BAKI, 23 iyun. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatı çərçivəsində H qrupunun növbəti matçında İspaniyanın "Real Madrid” və Meksikanın "Paçuka" klubları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, görüş İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesab oyunun 35-ci dəqiqəsində açılıb. "Real Madrid"in futbolçusu Cud Belingem fərqlənib. 43-ci dəqiqədə Arda Gülər fərqi artırıb. 70-ci dəqiqədə Federiko Valverde fərqi 3 topa çatdırıb. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə fərqlənən “Paçuka”nın futbolçusu Elias Montiel qoyub.
Qeyd edək ki, “Read Madrid”in müdafiəçisi Raul Assensio oyunun 7-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu qələbə sayəsində "Real Madrid" xallarının sayını 4-ə çatdırıb.
Qeyd edək ki, H qrupunda II turun növbəti oyununda Avstriyanın "Zalsburq" klubu Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə üz-üzə gələcək.