EN

“ABŞ və İsrailin zərbələri İranın nüvə proqramını məhv etmədi”


“ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr İranın nüvə proqramını məhv etməsə də, ona ciddi zərbə vurdu” - bunu İsrail prezidenti İsaak Hersoq deyib. “Mən onun məhv edildiyini deyə bilmərəm, amma deyə bilərəm ki, həm İsrailin hücumları, həm də Amerika hücumu ona çox ciddi zərbə vurdu”, deyə İsrail prezidenti bildirib. Hersoqun fikrincə, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri “geniş məqsədli nəticələrə” səbəb olacaq. Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset isə deyib ki, İranın nüvə ambisiyaları ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində məhv edilib.

Surxay Əliyev

Chosen
15
baki-xeber.com

1Sources