EN

Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb. Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.

Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
17
azxeber.com

10Sources