EN

“Təşəkkür, cənab Prezident”

ABŞ-ın İrandakı nüvə obyektlərini hədəfə alması Yaxın Şərqlə bağlı narahatlığı daha da artırsa da, İsrail ictimaiyyəti bu addımı alqışlayıb. Tel-Əviv küçələrindəki nəhəng pankartda ABŞ prezidenti Donald Trampa “Təşəkkürlər, cənab Prezident” mesajı çatdırılıb.

Tel-Əvivdəki mərkəzində, çox məşhur bir prospektdə, trafikin çox sıx olduğu əsas yolun kənarındakı goydələnlərdən yan-yana asılan plakatlarda bir gün əvvəl “Cənab Prezident, bu işi bitir” yazılmışdı. Hücumdan sonra həmin plakatlarda Donald Trampa təşəkkür mesajı çatdırılıb. İşıqlı plakatlar gecənin qaranlığında da çox uzaq məsafədən çox rahatlıqla görünür və oxunur.

Chosen
24
vaxt.az

1Sources