Krım körpüsündə turistin avtomobilinin yük yerindən ərinin kəllə sümüyü tapılıb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, Kalininqrad sakini olan qadın ərinə dünyanı göstərmək üçün onun sümük qalıqlarını tətilə aparırmış. O bildirib ki, əri ilə bunu hələ o sağ ikən razılaşdırıb. Üstəlik, razılaşmanın sənədlərini də təhlükəsizlik xidmətinin əməkdaşlarına təqdim edib.