EN

İran Hörmüz boğazını bağlamaq istəyir

İran parlamenti ABŞ-nin ölkədəki nüvə obyektlərinə zərbələr endirməsi fonunda Hörmüz boğazının bağlanmasını zəruri hesab edib.

Modern.az "Press TV"yə istinadən xəbər verir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari məlumat verib.

"Parlament bu qənaətə gəlib ki, Hörmüz boğazı bağlanmalıdır, lakin bu məsələ ilə bağlı yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verir", - deputat bildirib.

Chosen
1
2
modern.az

3Sources