EN

Tanınmış jurnalist Fatih Altaylı həbs edilib

Türkiyədə tanınmış jurnalist Fatih Altaylı həbs edilib.

Bu barədə bu gün məhkəmə qərar verib.

Jurnalist Prezidenti təhdid etməkdə ittiham olunur.

İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.

O, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.

“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun saxlanılması ilə bağlı göstəriş verilib”, – İstanbul Prokurorluğunun açıqlamasında deyilir.

AzPost.az

Chosen
12
10
azpost.info

10Sources