EN

45 nəfərlik məclis və sirlər: Tolikin pul yığma iddialarına CAVABI

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) qızı Milananın üç aylığı və öz ad günü münasibətilə məclis təşkil edir. O, tədbirlə bağlı yayılan fikirlərə münasibət bildirib və dəvət etdiyi insanların sayı, məqsədi barədə açıqlama verib.

 

Yenisabah.az-a danışan Tolik qeyd edib ki, məclisi əsasən ailə üzvləri ilə keçirməyi üstün tutur və qohumlarına xüsusi dəyər verir:

 

“Mən özüm məclislərə gedən adamam. Getsəm belə, 500 nəfəri yığmıram axı bir araya. Uzağı 180-200 nəfər insan dəvət edirəm. Keçən il mənim yubileyim oldu. Mən ora heç 200 adam çağırmamışdım. Uşağımla bağlı məclis etdim, zalda 45 nəfər var idi. Onun da 30 nəfəri öz qohumlarım idi. Bibim, xalam, onların uşaqları, yoldaşları. Bunu da ona görə edirəm ki, qohumlarım kasıbdır, özümünküdürlər. Mən onlardan pul da yığmıram. Sadəcə bir arada olmağı sevirəm. Nə qədər müğənnilərlə bir arada olmaq olar? İstəyirəm mənim övladım da böyüyəndə görsün ki, bunlar atasının bibisidir, xalasıdır”.

 

Məclislərin son vaxtlar pul yığmaq məqsədi ilə təşkil edilməsi barədə deyilən fikirlərə isə belə cavab verib:

 

“Heç kəsi pul yığmaq üçün çağırmıram. Şükür Allaha, işləyirəm, verilişimin sponsorları var, toylar təşkil edirəm. Hamının övladı kimi, mənim də övladım dəyərlidir. Bir dəfə görmüsünüz paylaşım edim, bildirim ki, uşağımın bir ayı oldu, iki ayı oldu? Təbii ki, mən də paylaşmaq istəyirəm. 45 yaşımda ata olmuşam. Amma insanların pis niyyətlərindən qorxuram”.

Tarix: 22 İyun 2025, 18:34   
Chosen
1
4
pravda.az

5Sources