“Araz-Naxçıvan” daha bir futbolçunun transferini reallaşdırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisu Patrik Andrade ilə “1+1" illik müqavilə imzalayıb.
Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb.
O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib.