BAKI, 22 iyun. TELEQRAF
ABŞ administrasiyası İranla sağlam və konstruktiv münasibətlər qurmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
“Əgər İran nüvə silahı əldə etmək cəhdlərindən əl çəkər və ABŞ qüvvələrinə zərbə endirməkdən imtina edərsə, biz münasibətlərin yaxşılaşdırılması üçün real imkanlara sahib olarıq", - o qeyd edib.