“Latsio” gənc qapıçı Xristos Mandası heyətdə saxlamağa qərar verib.
90deqiqe.Az-ın "Il Messaggero"ya istinadən yaydığı məlumata görə, İngiltərənin “Vulverhempton” klubu 23 yaşlı qolkiper üçün 12 milyon avro dəyərində rəsmi təklif göndərib.
Lakin “Latsio” bu təklifi rədd edib. Klub rəhbərliyi yunan oyunçunun transferini yalnız ciddi təklif olduğu halda müzakirə etməyə hazırdır. Romalılar onun satış qiymətini minimum 30 milyon avrodan başlayaraq dəyərləndirir.
Xatırladaq ki, Mandas 2024/25 mövsümündə “Latsio”nun heyətində bütün turnirlər üzrə 20 oyunda meydana çıxıb, bu görüşlərin altısını qolsuz tamamlayıb və ümumilikdə 18 qol buraxıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalına əsasən, futbolçunun cari bazar dəyəri 10 milyon avro təşkil edir.