Ajans.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası ABŞ-ın İranın nüvə obyektlərinə hücumu ilə əlaqədar təcili iclas keçirəcək. Bunu dünya təşkilatının diplomatı RİA Novosti-yə bildirib. Görüşü Rusiyanın BMT- dəki daimi nümayəndəliyi də təsdiqləyib . İyunun 22-də Nyu-York vaxtı ilə saat 15:00-da (Moskva vaxtı ilə 22:00) baş tutacaq . Fövqəladə iclas tələbi İran tərəfindən təqdim olunub. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını ABŞ və İsrailin “qarşıdurma hərəkətlərinə” cavab verməyə və rədd etməyə çağırıb . BMT-nin baş katibi Antonio Quterreş İrana endirilən zərbələrdən dərin təşviş içində olduğunu vurğulayıb . O, bunu təhlükəli eskalasiya adlandırıb və Amerikanın hücumunun bütün dünyanı təhdid etdiyini qeyd edib. "Bu təhlükəli saatda xaos spiralından qaçmaq çox vacibdir. Hərbi həll yoxdur. İrəliləyəcək yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür".