Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın İrana endirdiyi zərbənin təfərrüatlarını açıqlayıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Heqset hücumda “B-2 Spirit” strateji bombardmançılarından və bunker bombalarından istifadə edildiyini bildirib.
O əlavə edib ki, ABŞ hücum zamnı ümumilikdə 75 dəqiq idarə olunan hərbi sursatdan istifadə edib.
“B-2 Spirit” bombardmançıları 2001-ci ildən bəri ən uzun missiyasını yerinə yetiriblər. Bu, tarixi bir zərbə idi”.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın üç nüvə obyektinə zərbələr endirib./Globalinfo.az