DAŞKƏSƏN, 22 iyun. TELEQRAF
Kəlbəcər sakini, Göygöl rayon Yeni Qızılca kəndində məskunlaşan şəxs Daşkəsəndə döyülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1965-ci il təvəllüdlü Telman Ələkbərov döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, hazırda həmin şəxsin vəziyyəti kafidir.