Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Ticarət Nazirliyinin verdiyi məlumata görə, 2025-ci ilin ilk beş ayında ölkədə ümumilikdə 24 min 18 yeni xarici sərmayəli müəssisə yaradılıb.
Banco.azxəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artım deməkdir.
Yanvar-may aylarında Çinə yönələn birbaşa xarici investisiyalar illik əsasda 13,2 faiz azalaraq təxminən 50 milyard ABŞ dolları təşkil edib.
Eyni dövrdə istehsalat sənayesinə yatırılan faktiki xarici investisiyalar 12,7 milyard dollar, xidmət sektoruna isə 36,1 milyard dollar olub.
Məlumatlara əsasən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrdən gələn sərmayələr illik müqayisədə 20,5 faiz artıb.
Digər tərəfdən, Çinə edilən investisiyalar Yaponiya üzrə 70,2 faiz, Birləşmiş Krallıq üzrə 60,9 faiz, Cənubi Koreya üzrə 10,3 faiz, Almaniya üzrə isə 7,1 faiz artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!