EN

Azərbaycan və Pakistan XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan xarici işlər naziri İshaq Dar ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində baş tutub.

Nazirlər Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçiriblər.

Chosen
13
7
aznews.az

10Sources