EN

İranda nüvə zərbələrindən sonra radiasiya sızması varmı?

İranda nüvə zərbələrindən sonra radiasiya sızması varmı?

ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilmiş zərbələrdən sonra radioaktiv sızma qeydə alınmayıb.

AFN.az İRNA informasiya agentliyinə istinadən xəbər verir ki, İslam Respublikasının Atom Enerjisi Təşkilatı dərhal nəzarət və monitorinq tədbirləri həyata keçirib.

Rəsmi açıqlamaya əsasən, ABŞ-ın İsfahan, Natanz və Fordo şəhərlərində yerləşən nüvə komplekslərinə zərbələr endirməsinə baxmayaraq, heç bir radiasiya sızması baş verməyib.

Təşkilatın bəyanatında qeyd olunub ki, əhali üçün hər hansı təhlükə yoxdur və bütün obyektlər nəzarət altındadır.

Chosen
17
afn.az

1Sources