EN

İsrail İranın iki qırıcı təyyarəsini məhv etdi

İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Dezful hava limanında İrana məxsus iki ədəd "F5" qırıcısını məhv edib...

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, bundan əlavə, bu səhər hücumlar zamanı səkkiz buraxılış qurğusu məhv edilib:

"İsfahan hava limanındakı hərbi obyektlər də hücumun hədəfində olub. Həmçinin iyunun 21-də axşam saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 qırıcı təyyarə İranın mərkəzində onlarla hərbi obyektə hücum edib. Hücum edilən hədəflər arasında partlayıcı maddələrin istehsalı üçün komponentlərin olduğu hərbi obyekt, silah anbarı və istehsalat obyektləri, İranın hava hücumundan müdafiə sistemləri olub".

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın qərbindəki hərbi hədəflərə daha bir zərbə dalğasını həyata keçirməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalına məlumat paylaşılıb.

SAXAL-ın məlumatında deyilir ki, səhər saatlarına HHQ İranda İsrail dövlətinin ərazisinə raket atmağa hazır olan raket buraxılış qurğularına, eləcə də İran Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib:

"Zərbələr bir müddət əvvəl İsrail dövlətinin ərazisinə doğru raket atmaq üçün istifadə edilmiş buraxılış sistemlərinə də endirilib".

Poliqon.info

Chosen
13
5
poliqon.info

8Sources