ain.az bildirir, Axar.az portalına istinadən.
İran İsrail və ABŞ-ın dağıtdığı danışıqlar masasına necə qayıda bilər?
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.
“Keçən həftə biz ABŞ-la danışıqlar apararkən İsrail diplomatiyanı məhv etmək qərarına gəldi. Bu həftə biz Avropa üçlüyü (E3) və AB ilə danışanda ABŞ bu diplomatiyanı məhv etmək qərarına gəldi. Bu vəziyyətdən hansı nəticəyə gəlmək olar?
Britaniya və AB-nin xarici siyasət rəhbərinin nöqteyi-nəzərindən İran danışıqlar masasına qayıtmalıdır. Bəs İran heç vaxt tərk etmədiyi, hətta dağıtdığı bir şeyə necə qayıda bilər?”, - Arakçı bildirib.
Qeyd edək ki, Britaniya Baş naziri Keyr Starmer İranı danışıqlar masasına qayıtmağa və bu böhrana son qoymaq üçün diplomatik həll yolu tapmağa çağırdıqlarını bildirmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.