EN

Aİ Yaxın Şərqdəki gərginliklə bağlı dərin narahatlığını bildirib

Avropa İttifaqı Yaxın Şərqdən gələn son xəbərlərlə bağlı dərin narahatlığını ifadə edib.

Operativ Media xəbər verir ki, Aİ bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquqa və nüvə təhlükəsizliyinə hörmət göstərməyə çağırıb.

Qurumun bəyanatında qeyd olunub ki, diplomatiya bölgədə sülh və təhlükəsizliyi təmin etməyin yeganə yoludur.

“Gərginliyin daha da artması halında, bir daha ən çox əziyyəti dinc əhali çəkəcək,” – deyə Aİ vurğulayıb.

Aİ, tərəflərlə və beynəlxalq tərəfdaşlarla danışıqlar masasında sülh yolu ilə həll tapmaq üçün səylərini davam etdirəcəyini açıqlayıb.

Chosen
14
operativmedia.az

1Sources