EN

MAQATE təcili toplaşacaq VİDEO

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəində bununla bağlı paylaşım edib. “İrandakı fövqəladə vəziyyət fonunda mən sabah MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclasını çağırıram”, - Qrossi Yazıb. Qeyd edək ki, məhz İranın Xarici İşlər nazirliyi ABŞ-nin İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrin qarşılığında NAQATe-nin Rəhbərlər Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib. - Biz MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclas çağırmasını və ABŞ-nin ölkənin dinc nüvə obyektlərinə təhlükəli hücumu ilə bağlı tədbir görməsini tələb edirik”, - bəyanatda deyilir.

Rəsmi Tehran onu da vurğulayıb ki, bu obyektlər MAQATE-nin nəzarətində idi. Xatırladaq ki, iyunun 22-nə keçən gecə İranın Natanzda, İsfahanda və Fordoda yerləşən nüvə obyektlərinə Amerikanın B-2 təyyarələri ən azı altı 15 tonluq bunker bombaları atıb, sualtı qayıqlar isə onlara 30-a yaxın “Tomahawk” qanadlı raketi buraxıb. İranın Atom Enerjisi Agentliyi (İAEA) ABŞ-nin hücumundan heç bir radioaktiv sızma aşkar etmədiyini açıqlayıb. Sahil İsgəndərov

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
29
azvision.az

10Sources