EN

Paşinyan sülh istəyir, amma Kreml imkan vermir - RƏY

Qafqazda yeni nizamın açarı Ermənistanın öz keçmişi ilə vidalaşmasıdır

Son günlər Ermənistanda hakimiyyətə qarşı olan və əsasən Rusiyanın maliyyələşdirdiyi qüvvələrin sıralarında geniş həbslər aparılır. Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, Qarabağdakı keçmiş qondarma separatçı qurumun “başçısı” Samvel Şahramanyanın da həbs ediləcəyi gözlənilir. Qəzet yazır ki, Ermənistan İstintaq Komitəsi Şahramanyana ikinci bildiriş göndərib. Onun dindirilməsi iyunun 27-nə təyin edilib: “Şahramanyanın dindirilməsi intensivləşir və bu prosesin onun həbsilə başa çatması gözləniləndir”. 
Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zamanı Qarabağdan qaçan Şahramanyanın səhlənkarlığını və döyüş sursatlarını Azərbaycan tərəfinə təhvil verməsi faktını araşdırır. Bu iş qondarma qurumun keçmiş “katibi” Samvel Babayanın məumatı əsasında başlanıb.


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanda baş verən proseslər diqqətlə izlənməlidir. Ekspertin sözlərinə görə, bir an da olsa hadisələrin arzuolunan istiqamətdə inkişaf etdiyini güman edərək arxayınlaşmaq olmaz: 

"N.Paşinyan yaranmış situasiyadan hərəkət edərək bundan sonra münaqişənin közərməməsində maraqlıdır. Bu, ilk növbədə onun hakimiyyətinin uzunömürlü olmasına və təbii ki, gələcəkdə Qafqazda sülhün bərqərar olacağına qarantdır. Lakin Rusiyadan asılı olan və indiyə qədər "böyük qardaşın" dəstəyi ilə regionda müvəqqəti üstünlük qazanan Ermənistanın içərisindəki marionetlər məğlubiyyətlərini qəbul etmək niyyətində deyillər. Əslində, onlar da mövcud durumu dəyərləndirmək qabiliyyətindədirlər. Lakin "sifarişçi" onları rahat buraxmaq istəmir. Vladimir Putin çox kobud və pis niyyətlə bölgədə hüzuru pozdu. Hərbi qüdrətinin eyforiyasına düşən Kreml rəhbəri 3 günə Ukraynanı işğal edəcəyi ümidi ilə qonşu dövlətə saldıraraq SSRİ-ni bərpa etmək xəyalına düşdü. Lakin bunun mümkün olmayacağı bütün dünyaya məlum olduğu halda Rusiya bu niyyətindən əl çəkmək istəmir. O səbəbdən də Qərbin bezərək geri çəkiləcəyini güman edib hələ də bölgədə gərginliyi saxlamaq istəyir".

V.Əfəndiyevə görə, Rusiya Ermənistanda yetişdirdiyi qüvvələrə hakimiyyətə təzyiq etmək üçün hər cür dəstəyi verməyə hazırdır: 

"Lakin Paşinyan bu məsələdə hələ də qətiyyətli görünmür. O, bir qədər sərt davranmalıdır ki, sülh sazişinin imzalanmasında revanşistlər əl-ayağına dolaşmasınlar. Bu gün Paşinyanın Türkiyə səfəri də reallaşdı. Paşinyan dəfələrlə qeyd edib ki, Ermənistanın qapalı sərhədlər daxilində heç bir perspektivi yoxdur. Qonşu ölkələrlə sərhədlərin açılması isə sülh sazişinin tezliklə imzalanmasından keçir. Ermənistan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından və qondarma soyqırımı təbliğatından əl çəkməlidir". 

Chosen
18
1
sherg.az

2Sources