İki ölkə arasında münaqişənin kəskinləşəcəyi təqdirdə, İran İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirməyi düşünür.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
“Münaqişə yeni səviyyəyə qalxarsa, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər”, - deyə adı açıqlanmayan mənbə bildirib.
O həmçinin İsrail tərəfinin İranın zərbələrinin ciddi ziyan vurması faktını gizlətdiyini iddia edib.
"Cebheinfo.az"