EN

“Borussiya” ilk turda qola və qələbəyə həsrət qaldı - İCMAL

Bu qrupda ilk turun oyunları qeyri-məhsuldar alındı. Hərçənd Braziliyanın nəhəng klublarından “Fluminense” ilə Dortmund “Borussiya”sının duelindən daha çox şey gözləmək olardı. Amma komandalardan heç biri üstünlük qura bilmədi.

"Football-plus az" xəbər verir ki, “arılar” topa daha çox nəzarət etsələr də, rəqib qapısı önündə ciddi təhlükə yaratmaqda çətinlik çəkirdilər. 2024-cü ildə Libertadores kubokunun qalibi olmuş “Fluminense” isə Kobeli əsasən uzaaq məsafələrdən zərbələrlə məyus etmək istəyirdi.

Niko Kovaçın 2-ci hissədə etdiyi əvəzetmələr, eləcə də sistem dəyişiklikləri də bir fayda vermədi. Əksinə, “Fluminense” qələbəyə daha yaxın idi. “Borussiya” 1 xal qazandığına görə ilk növbədə qapıçı Kobelə minnətdar olmalıdı. Bu qapıçı oyunu 5 seyvlə tamamladı. “Real”ın ulduzu Cud Bellingemin qardaşı, ötən mövsüm “Sanderlend”in heyətində çempionşipin ən yaxşı gənc futbolçusu seçilən Cob “Borussiya”da debüt matçında qeyri-adi bir şeylə yadda qalmadı.

Beləliklə, oyunu izləməyə gələn 35 minə yaxın azarkeş qol görmədi. Bu, ilk turda qolsuz bitən 3 qarşılaşmadan biri oldu. Qeyd edək ki, “Fluminense” tarixində ilk dəfə Almaniya klubu ilə qarşılaşdı. “Borussiya” isə daha öncə yalnız bir dəfə Braziliya təmsilçisi ilə qarşılaşmışdı. 1997-ci ildə Dortmund klubu ÇL-in qalibi kimi Qitələrarası kubokda iştirak etmiş və “Kruzeyro”nu 2:0 məğlub etmişdi.

İlk turda Cənubi Amerikanın 6 təmsilçisindən heç birinin uduzmaması (3 qələbə, 3 heç-heçə) diqqəti çəkdi.
Bu qrupun digər oyununda isə Koreya və Cənubi Afrika təmsilçiləri qarşılaşdı. Maraqlıdı ki, oyun əlverişsiz hava şəraiti üzündən bir saat gec başladı. İldırım təhlükəsinə görə hətta fanatlara müvəqqəti tribunaları tərk etmək məsləhət görülmüşdü.

Oyunun axarına gəlincə, “Mamelodi Sandaunz”un 29 yaşlı forvardı Reynersin 36-cı dəqiqədə vurduğu qol yeganə oldu. Matçın sonlarına yaxın diqqəti cəlb edən bir olay yaşandı. Afrikalıların qapıçısı topu əlində 8 saniyədən çox saxlayınca, hakim “Ulsan”ın xeyrinə künc zərbəsi təyin etdi. Yeni qərardan ilk dəfə məhz bu oyunda istifadə olundu.

F qrupu
1-ci tur
Fluminense – Borussiya D 0:0

Fluminense (Rio de Janeyro, Braziliya): Fabio, Şavyer, Tyaqo Silva, Freytas, Rene, Erkules, Nonato (Baya, 87), Martinelli (Lima, 76), Arias, Kanobbio (Serna, 70), Everaldo (Kano, 70).
Borussiya: Kobel, Ryuyerson (Kouto, 87), Zyule, Anton, Bensebayni, Svensson, Zabitser (Çukvuemeka, 77), Qross (Cob Bellingem, 59), Brandt (Gittens, 77), Adeyemi (Nmeça, 59), Girassi.
Vərəqələr: Bensebayni, 2. Martinelli, 9. Nonato, 81. Kouto, 90+4 – sarı.
Hakim: İlgiz Tantaşev (Özbəkistan).
17 iyun. Nyu Cersi. 34736 tamaşaçı.

Ulsan – Mamelodi Sandaunz 0:1 (0:1)
Ulsan (Koreya): Co Hyunvo, Troyak, Seo Myun Quan (Kan San Vu), Kim Yon Qvon, Lüdviqson, Cun Vu Yon (Li Cin Hyun, 73), Boyaniç (Hyu Cyun Li, 73), Li Çun Yon (Lakava, 64), Ko Sun Bom, Von San Um, Farias.
Mamelodi Sandaunz (Pretoriya, Cənubi Afrika): Uillyams, Mudau, Kekana, Kupido (Mvala, 85), Lunqa, Mokoena, Allende, Ribeyro (Adams, 85), Seyls (Mettyus, 65), Zvane (Aubaas, 77), Rayners (Motiba, 77).
Qol: Rayners, 36.
Vərəqələr: Boyaniç, 55. Mokoena, 86 – sarı.
Hakim: Kleman Turpen (Fransa).
17 iyun. Orlando. 3412 tamaşaçı.

21 iyun: Mamelodi Sandaunz – Borussiya D, Fluminense – Ulsan.

Chosen
15
1
football-plus.az

2Sources