EN

İran İsrailə raket zərbələri endirdi

İran İsrailə yeni raket dalğası atıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) "Telegram" kanalı məlumat yayıb.

"Bir müddət əvvəl İrandan İsrail dövlətinə doğru atılan raketlərin aşkarlanmasından sonra İsrailin bir sıra bölgələrində sirenlər səslənib. İsrail Hərbi Hava Qüvvələri hazırda təhlükəni aradan qaldırmaq üçün lazım olan yerə müdaxilə etmək və zərbə endirmək üçün fəaliyyət göstərir", - deyə İDF bildirib.

Eyni zamanda, vətəndaşlar Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırılıb.

Chosen
10
2
publika.az

3Sources