EN

“İsrail bizi İrana qarşı müharibəyə sürükləyir!” - ABŞ vitse-prezidentindən şok ittiham

ABŞ ilə İsrail rəhbərliyi arasında gərgin telefon danışığı baş tutub. Reuters agentliyinin yaydığı məlumata görə, iyunun 20-də keçirilən bu telefon danışıqlarında İranla bağlı fikir ayrılığı açıq şəkildə ortaya çıxıb.

Musavat.com xəbər verir ki, danışıqda İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant (mənbədə "Katz" deyilsə də, rəsmi müdafiə naziri Qalantdır - red.), Baş Qərargah rəisi Herzi Halevi (mənbədə "Zamir" deyilib) və ABŞ-dan vitse-prezident Cey Di Vens ilə müdafiə naziri Pit Hegset iştirak edib.

Reuters-in məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə qatılıb-qatılmamaqla bağlı qərarını "iki həftə ərzində" verəcəyini bildirib. Lakin vitse-prezident Vens İsrail tərəfinin bu qərarı gözləmədən Vaşinqtonu birbaşa hərbi toqquşmaya cəlb etməyə çalışdığını deyib. O, bu cəhdlərə qarşı çıxaraq bildirib:

"İsrail bizi İrana qarşı müharibəyə sürükləməyə çalışır."

İsrail tərəfi isə, İranın Fordo nüvə obyektinə dərhal zərbə endirilməsinin vacibliyini vurğulayıb. İsrailli komandanlara görə, bu obyekt yalnız ABŞ-ın arsenalında olan xüsusi silahlarla məhv edilə bilər.

Ağ Ev isə bu barədə mətbuata açıqlama verməkdən imtina edib.

Bu hadisə Tramp administrasiyasının İranla bağlı strategiyası ətrafında ciddi daxili fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Həmçinin İsrailin regionda təkbaşına hücum qabiliyyətinin məhdudluğu fonunda ABŞ-dan dəstək almağa yönəlmiş səyləri getdikcə açıq siyasi ziddiyyətlərə səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
1
olaylar.az

10Sources