EN

İran xəbərdarlıq etdi: İsrailə hərbi dəstək göndərən ölkələr legitim hədəf olacaq

İranın “Xatəm əl-Ənbiyə” qərargahının sözçüsü bəyan edib ki, hər hansı ölkənin İsrail rejiminə dəstək məqsədilə göndərdiyi hərbi və ya radar avadanlığı hərbçilər üçün legitim hədəf olacaq.

Musavat.com xəbər verir ki, o bildirib ki, təcavüzkar İsrail rejimi radar və müdafiə qabiliyyətinin əhəmiyyətli hissəsini itirib və sursat, avadanlıq çatışmazlığı ilə üzləşib.

Sözçü xəbərdarlıq edib ki, hər hansı ölkənin İsrail rejiminə gəmi və ya təyyarə vasitəsilə hərbi və radar avadanlığı göndərməsi İran İslam Respublikasına qarşı təcavüzdə iştirak kimi qiymətləndiriləcək və bu, İran silahlı qüvvələrinin legitim hədəfi olacaq.

Musavat.com

 

 

Chosen
22
50
musavat.com

10Sources