EN

“Barselona”nın yeni transfer hədəfi - 19 yaşlı vinger

Danimarkanın “Kopenhagen” klubunun gənc vingeri Runi Bardqi “Barselona”ya keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona” 19 yaşlı futbolçunu real transfer hədəfi kimi görür. Gənc oyunçunun özü də karyerasında növbəti addımı atmağa hazırdır.

Transferin baş tutması çətin olmayacaq, çünki Bardqinin “Kopenhagen”lə müqaviləsinin müddəti 6 aydan sonra başa çatacaq. Bu səbəbdən, Kataloniya klubu yayda onu cəmi 2-3 milyon avroya transfer edə bilər.

İsveçli futbolçu son mövsümdə ağır diz zədəsi (çarpaz bağların qırılması) səbəbilə demək olar ki, bütün oyunları buraxıb. O, mövsüm ərzində cəmi 6 dəfə meydana çıxıb.

Chosen
6
sportinfo.az

1Sources